TDT XİN başçıları və xüsusi xidmət orqanları rəhbərlərinin ilk iclasının Səmərqənddə keçirilməsi təklif olunub

Xarici siyasət
  • 07 oktyabr, 2025
  • 14:27
TDT XİN başçıları və xüsusi xidmət orqanları rəhbərlərinin ilk iclasının Səmərqənddə keçirilməsi təklif olunub

Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin və xüsusi xidmət orqanları rəhbərlərinin ilk iclasının gələn il Səmərqənddə keçirilməsi təklif olunub.

"Report" xəbər verir ki, bu təkliflə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı edib.

Dövlət başçısı bildirib ki, BMT və onun Təhlükəsizlik Şurasının rolunu gücləndirməyə ehtiyac var:

"İranın nüvə, Əfqanıstanın sabitlik problemi, Qəzza məsələsi bizi ciddi narahat edir. Qlobal vəziyyəti ətraflı analiz etmək və qərar vermək üçün TDT XİN başçıları və xüsusi xidmət orqanlarının rəhbərlərinin birgə toplantılarının mütəmadi təşkil olunması zamanın tələbidir. Biz ilk iclasın gələn il Səmərqənddə keçirilməsini təklif edirik".

Son xəbərlər

Bütün Xəbər Lenti