Tailandlı tədqiqatçı: AQEM-ə üzv dövlətlər daxilində ticarət imkanları genişləndirilməlidir
- 10 sentyabr, 2025
- 15:03

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv dövlətlər daxilində ticarət imkanları genişləndirilməlidir.
"Report" xəbər verir ki, bunu Tailandın Asiya Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Varaporn Çatratiçart AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində "Yeni Asiya nizamının formalaşması" mövzusunda keçirilən yan tədbirdə deyib.
Onun sözlərinə görə, təşkilat böyük gücü olan müxtəlifliklər coğrafiyasıdır:
"Biz bir-birimizdən fayda götürə bilərik. Ticarət qaydalarını sadələşdirərək, rəqəmsal platformalar yaradara,q məhsul ixracı prosesi ilə əlaqədar təlimlər təşkil edərək münasibətləri gücləndirə bilərik. Bir sözlə, təşkilat öz insanlarına sərmayə qoymalıdır".
V.Çatratiçart bildirib ki, intellektual mübadilələr inkişaf və birlik üçün ən güclü alətdir:
"AQEM-in gələcək transformasiyası həm də uğurlu qadın sahibkarların sayı ilə ölçüləcək".