Tahir Tağızadə etimadnaməsini Aleksandar Vuçiçə təqdim edib

Xarici siyasət
  • 14 sentyabr, 2026
  • 12:16
Tahir Tağızadə etimadnaməsini Aleksandar Vuçiçə təqdim edib

Azərbaycanın Serbiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Tahir Tağızadə etimadnaməsini Serbiya Prezidenti Aleksandar Vuçiçə təqdim edib.

Bu barədə "Report"un Balkan bürosu xəbər verir.

Məlumata görə, Aleksandar Vuçiç Azərbaycan səfirini Serbiya Sarayında qəbul edib.

Xatırladaq ki, Tahir Tağızadə bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olaraq fəaliyyət göstərib.

44 - Tezliklə