Somali Yeni Şəhər Gündəliyinin həyata keçirilməsini əsas milli prioritetlərdən biri hesab edir
- 17 may, 2026
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Somali Yeni Şəhər Gündəliyinin həyata keçirilməsini, xüsusilə urbanizasiya, sosial inteqrasiya və əhalinin həssas qruplarının dəstəklənməsi kontekstində əsas milli prioritetlərdən biri hesab edir.
"Report"un məlumatına görə, bunu Somalinin nümayəndəsi Bakıda keçirilən WUF13 çərçivəsində nazirlərin dəyirmi masasında çıxış edərkən bəyan edib.
O, beynəlxalq əməkdaşlığın və həmsədrlərin işinin vacibliyini, eləcə də təşkilatçıların şəhər siyasəti və mənzil tikintisi sahəsində iştirakçılar arasında dialoqun təmin edilməsinə yönəlmiş səylərini qeyd edib.
Somalili nümayəndənin sözlərinə görə, Yeni Şəhər Gündəliyi dayanıqlı şəhər inkişafına nail olmaq üçün əsas çərçivə olaraq qalır və 11-ci Dayanıqlı İnkişaf Məqsədi ilə sıx bağlıdır.
O vurğulayıb ki, bu gündəliyin həyata keçirilməsi sosial inteqrasiya, yoxsulluqla mübarizə və iqtisadi imkanların genişləndirilməsinə xüsusi önəm verməklə, insanın şəhər siyasətinin mərkəzi elementi olaraq diqqət mərkəzində saxlanılmasını tələb edir.