ŞKTC-li nazir: Azərbaycan, Türkiyə və Şimali Kipr bir-birinin mənafeyini daim dəstəkləməlidir
Xarici siyasət
- 26 iyul, 2024
- 10:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan, Türkiyə və Şimali Kipr bir-birinin mənafeyini hər zaman dəstəkləməlidir.
“Report” xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ertuğruoğlu deyib.
O bildirib ki, bunun nəyin bahasına təmin edilməsindən asılı olmayaraq, bu üç dövlət bir-birinin mənafeyini daim müdafiə etməlidir.
Nazir həmçinin söyləyib ki, türk dövlətlərinin digər ölkələrə qarşı ərazi iddiası yoxdur: “Başqalarının torpağında gözümüz yoxdur. Amma kimsə də bizim torpaqlarımıza göz dikməməlidir”.
T.Ertuğruoğlu vurğulayıb ki, dünya ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının beş üzvündən daha böyükdür: “Bunu yavaş-yavaş başa düşürlər. Həmin beş ölkənin gücü və nüfuzu tədricən azalır”.
Son xəbərlər
05:50
İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
Region
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1
02:54
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
Energetika
02:28
Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
Digər ölkələr