Şimali Kipr Prezidenti parlamentlərarası işçi qrupun yaradılmasına görə Azərbaycan liderinə təşəkkür edib

Xarici siyasət
  • 05 aprel, 2024
  • 10:53
Şimali Kipr Prezidenti parlamentlərarası işçi qrupun yaradılmasına görə Azərbaycan liderinə təşəkkür edib
Ersin Tatar

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması ilə bağlı rəsmi X hesabında paylaşım edib.

"Report" xəbər verir ki, Prezident Ersin Tatarın paylaşımında Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması münasibətilə "Türk dünyası bizim ailəmizdir, Türk dünyası ilə əlaqələrimizi gücləndirməliyik", - deyən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

44 filmi