Serbiya XİN Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xarici siyasət
  • 28 may, 2022
  • 09:01
Serbiya XİN Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Serbiya Xarici İşlər Nazirliyi 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.

“Azərbaycan Xarici İşlər Nazirliyindən olan həmkarlarımızı, həmçinin Azərbaycan vətəndaşlarını Müstəqillik Günü münasibətilə təbrik edirik”, - məlumatda bildirilib.