Səfir: Ukrayna və Azərbaycan səhiyyə sahəsində əməkdaşlığı genişləndirir

Xarici siyasət
  • 01 noyabr, 2025
  • 19:54
Səfir: Ukrayna və Azərbaycan səhiyyə sahəsində əməkdaşlığı genişləndirir

Ukrayna və Azərbaycan səhiyyə sahəsində əməkdaşlığı genişləndirir.

"Report" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X"də yazıb.

O vurğulayıb ki, tərəflər arasında əczaçılıq, tibbi təlim, rəqəmsal səhiyyə və birgə tədqiqatların inkişaf etdirilməsi üçün yeni müqavilələr imzalanıb: "Birlikdə millətlərimiz üçün daha güclü və daha innovativ səhiyyə sistemləri qururuq".

Qeyd edək ki, bu gün Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində azərbaycanlı həmkarı Teymur Musayev ilə görüşü baş tutub. Görüş çərçivəsində nazirlər əməkdaşlıq sazişi izlayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti