Səfir: "Britaniya BMT-nin Universal Dövri İcmal mexanizmi üzrə Azərbaycanın tövsiyələrini dəstəkləyir”

Xarici siyasət
  • 29 mart, 2023
  • 12:59
Səfir: Britaniya BMT-nin Universal Dövri İcmal mexanizmi üzrə Azərbaycanın tövsiyələrini dəstəkləyir”
Fergus Auld

Böyük Britaniya BMT-nin İnsan Hüquqları Şurasının 4-cü Universal Dövri İcmal (UDİ) mexanizmi üzrə Azərbaycanın bütün tövsiyələrini dəstəkləyir.

“Report” xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb.

O bildirib ki, BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmalı bütün üzv dövlətlərə insan hüquqlarının səviyyəsini nəzərdən keçirmək imkanı verir.