Səfir: "Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm iqtisadi tərəfdaşıdır"

Xarici siyasət
  • 23 aprel, 2019
  • 11:14
Səfir: Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm iqtisadi tərəfdaşıdır

"Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm iqtisadi tərəfdaşıdır".

"Report" xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab mətbuat konfransında deyib.

"Bu gün münasibətlərimizdə iqtisadi əlaqələr çox vacib yer tutur. Belə ki, ötən il Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard avro təşkil edib. Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi üçün cəlbedici şərait var", - səfir qeyd edib.

Onun sözlərinə görə, Almaniya Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanmasını dəstəkləyir.