Səfir: Azərbaycan Argentinaya Mərkəzi Asiya bazarlarına çıxış üçün kömək edə bilər

Xarici siyasət
  • 15 iyul, 2026
  • 10:39
Səfir: Azərbaycan Argentinaya Mərkəzi Asiya bazarlarına çıxış üçün kömək edə bilər

Azərbaycan Orta Dəhliz marşrutundakı strateji mövqeyi sayəsində Mərkəzi Asiyada iqtisadi mövcudluğunun genişləndirilməsində Argentina üçün mühüm halqa ola bilər.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov Argentinanın "Diafanís" jurnalına müsahibəsində bildirib.

"Argentinanın birbaşa ticarət tərəfdaşı rolundan əlavə, Azərbaycan həmçinin onun Mərkəzi Asiyada iqtisadi mövcudluğunun genişləndirilməsində mühüm rol oynaya bilər. Azərbaycanın Orta Dəhlizin - Asiya və Avropanı quru yolu ilə birləşdirən Transxəzər marşrutunun mərkəzində strateji yerləşməsi ölkəni nəqliyyat bağlantısına dair regional və qlobal layihələrin əsas iştirakçısına çevirir", - diplomat qeyd edib.

R.Teymurov, həmçinin son illərdə Azərbaycan və Argentina arasında ticarət əlaqələrinin sabit şəkildə inkişaf etdiyini vurğulayıb.

O xatırladıb ki, Argentina bazarına Azərbaycan ixracının əsas hissəsini gübrələr təşkil edir: "Argentinanın inkişaf etmiş kənd təsərrüfatı sektorunu nəzərə alaraq, Azərbaycan gübrələrinin tədarükü onun üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir və iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verir".

44 filmi