Aİ səfiri: Azərbaycanla əlaqələri gücləndirməyə çalışırıq
- 14 noyabr, 2025
- 17:47
Avropa İttifaqı və Azərbaycan arasında əlaqələr gücləndirilir, insanlar arasında körpülər yaradılır.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç qurumun "Aİ və gənclər: dayanıqlı gələcək naminə" mövzusunda keçirdiyi tədbirdə çıxışı zamanı deyib.
O, insanlar arasında körpü yaratmağa çalışdıqlarını da bildirib:
"Son bir neçə ay ərzində bizim təhsilə həsr olunan bir neçə tədbirimiz təşkil olunub. Biz Aİ və Azərbaycan arasında əlaqələri gücləndirir, insanlar arasında körpülər yaradırıq. Əlaqəni daha da gücləndirmək üçün körpü olacaq Gənc Avropa səfirlərinə(YEAs) təşəkkürümü bildirirəm. Azərbaycanda Gənc Avropa səfirləri böyük işlər görürlər. Bugünkü paneldə biz diplomatiyada qadınların rolundan danışacağıq. Qadın səfir olaraq, inklüzivlik və diversifikasiyanı yüksək qiymətləndirirəm, qadınlar diplomatiyada olanda daha böyük uğurlar əldə edirik".