Samir Şərifov: Bakı ilə Ər-Riyad arasında münasibətlərin inkişafında hökumətlərarası komissiya xüsusi rol oynayır

Xarici siyasət
  • 23 sentyabr, 2025
  • 20:18
Samir Şərifov: Bakı ilə Ər-Riyad arasında münasibətlərin inkişafında hökumətlərarası komissiya xüsusi rol oynayır

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin inkişafında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya xüsusi rol oynayır.

"Report" xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının Milli Gününə həsr olunmuş tədbirdə deyib.

"Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri tərəfindən yaradılmış İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya siyasi, ticarət, investisiya, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşməsində xüsusi rol oynayır", - o bildirib.

S.Şərifovun sözlərinə görə, komissiya iclasları və siyasi məsləhətləşmələr ikitərəfli münasibətlərin müzakirəsi və inkişafı üçün effektiv mexanizmdir.

O, bu il aprelin 28-də Ər-Riyadda komissiyanın səkkizinci iclasının uğurla keçirildiyini, onun yekununda protokolun imzalandığını xatırladıb. Baş nazirin müavini qeyd edib ki, sənəd ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

S.Şərifov həmçinin Səudiyyə Ərəbistanı nümayəndə heyətinin Bakıda keçirilən Birinci Azərbaycan İnvestisiya Forumunda iştirakının əhəmiyyətini vurğulayıb və bu forum çərçivəsində "ACWA Power" şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə dair saziş imzalandığını xatırladıb.

Son xəbərlər

Bütün Xəbər Lenti