Azərbaycanda son dörd ildə 90-dan çox uşaq himayədar ailələrə verilib

Sosial müdafiə
  • 03 noyabr, 2026
  • 11:22
Azərbaycanda son dörd ildə 90-dan çox uşaq himayədar ailələrə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə (2022) 91 uşaq himayədar ailəyə verilib.

Bu barədə "Report"a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan 51-i qız, 40-ı oğlandır.

Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

Xatırladaq ki, himayədar ailələrə müvafiq sosial dəstək tədbirləri də həyata keçirilir. Belə ki, himayəyə götürülən 6 yaşadək uşağa görə aylıq 355 manat (əlilliyi olan uşağa görə 500 manat), 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi olan uşağa görə 600 manat), 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi olan uşağa görə 650 manat) aylıq müavinət ödənilir.

Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələr hər rübdə bir dəfə hər uşağa görə 200 manat birdəfəlik müavinətlə də təmin edilirlər.

Son aylarda himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirilib. Nəticədə uşağın himayədar ailəyə keçid prosesi üçün minimal müddət azalaraq 2 həftəyə enib. Himayədar ailə olmaq məqsədilə müraciət edən vətəndaşlar üçün təlimlərin onlayn formada keçirilməsi imkanı da yaradılıb.

44 filmi