Şamil Ayrım: "Türkiyə ekofəalların Laçın yolundakı aksiyalarını dəstəkləyir"

Xarici siyasət
  • 04 fevral, 2023
  • 12:54
Şamil Ayrım: Türkiyə ekofəalların Laçın yolundakı aksiyalarını dəstəkləyir
Şamil Ayrım

Türkiyə azərbaycanlı ekofəalların Laçın yolundakı aksiyalarını dəstəkləyir.

"Report " xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Deputat söyləyib ki, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə - Azərbaycan əlaqələri yeni müstəviyə qədəm qoydu:

"Əlaqələrimiz bundan sonra da inkişaf edəcək".

"Biz həmişə olduğu kimi indi də Azərbaycanın yanındayıq. Bilirik ki, bu aksiyalar haqlıdır. Azərbaycan Xankəndi, Xocalıda da tam suverenliyini bərpa edəcək. Biz buna inanırıq", - o, vurğulayıb.

Parlamentari, həmçinin media nümayəndələrinə də təşəkkür edib:

"Azərbaycan və Türkiyədən olan jurnalistlər İkinci Qarabağ müharibəsi dövründə haqlı səsimizin dünyaya çatdırılmasında mühüm rol oynadılar. Onlar Azərbaycana olan raket hücumları barədə beynəlxalq ictimaiyyətə operativ məlumat verdilər".

44 - Tezliklə