Şahbaz Şərif: Pakistan iqlim dəyişikliklərinə qarşı həssasdır

Xarici siyasət
  • 04 iyul, 2025
  • 14:16
Şahbaz Şərif: Pakistan iqlim dəyişikliklərinə qarşı həssasdır

Pakistan iqlim dəyişikliklərinin nəticələrinə həssas olan ölkələrdən biridir.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.

Pakistanın Baş naziri, sammit mövzusundan məmnunluğunu ifadə edib, onu vaxtında və son dərəcə vacib hesab edir.

Ş.Şərif qeyd edib ki, Pakistan hələ də iqlim dəyişikliyinə qarşı həssas olan 10 ölkə sırasındadır: “Pakistan təəssüf ki, tez-tez böyük miqyaslı daşqınlarla üzləşir”.

"Ötən həftə Pakistanın zərər çəkmiş bölgələrində bir neçə nəfər faciəvi şəkildə həlak oldu. Mənim ölkəm və digərləri üçün iqlim dəyişikliyi, onların nəticələri mövzusu böyük əhəmiyyət kəsb edir", - baş nazir vurğulayıb.

44 - Tezliklə