"Gəncə" basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb

Komanda
  • 17 oktyabr, 2026
  • 15:35
Gəncə basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb

"Gəncə" basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb.

Bu barədə "Report"a qərb təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

FIBA Avropa Kubokundakı uğursuz nəticələrdən sonra klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib. Komandanın çıxışı müzakirə olunub. Qarşılıqlı razılıq əsasında baş məşqçinin müqaviləsinə xitam verilib.