Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi yeni iş rejiminə keçir

Xarici siyasət
  • 17 noyabr, 2014
  • 11:37
Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi yeni iş rejiminə keçir

Bakı. 17 noyabr. REPORT.AZ/ Dekabr ayının 1-dən Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi "Elektron növbə" sistemindən istifadə etməklə yeni iş rejiminə keçir. "Report" səfirliyin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, dekabr ayının 1-dən xarici pasportlar, vətəndaşlıq, vizaların tərtibatı, notarial əməliyyatların həyata keçirilməsi, hüquq məsləhətləşmələrinə sənədlərin verilməsi üçün qeydiyyat internetdə WWW.MIDPASS.RU ünvanında həyata keçiriləcək.

"Elektron növbə"də səfirliyin konsulluq şöbəsinin girişində yerləşən terminalda da qeydiyyatdan keçmək olar.