Rusiya XİN: Azərbaycanla əlaqələrimizi digər amillərlə bağlamırıq

Xarici siyasət
  • 25 may, 2017
  • 12:34
Rusiya XİN: Azərbaycanla əlaqələrimizi digər amillərlə bağlamırıq

Bakı. 25 may. REPORT.AZ/ "Azərbaycanla bütün sahələrdə münasibətləri dəstəkləyirik və inkişaf etdiririk".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti barədə danışarkən deyib.

"Bu, bizə yaxın xalqdır. Əlaqələrimiz olub, var və olacaq. Rusiya Azərbaycanla əlaqələri digər amillərlə bağlayıb əlaqələndirmir", - XİN nümayəndəsi bildirib.

O vurğulayıb ki,  ölkələrimiz arasında qarşılıqlı etimad və açıq dialoq mövcuddur.