Rumıniya Azərbaycanın "ASAN xidmət" modelinin tətbiqinə başlayıb
- 29 oktyabr, 2025
- 10:48
Rumıniya Azərbaycanın "ASAN xidmət" modelinin tətbiqinə başlayıb.
"Report" xəbər verir ki, bunu Rumıniya Senatının sədri Mirça Abrudean Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında deyib.
O, iki ölkənin parlament komitələri arasında əməkdaşlıq qurulmasını təklif edib:
"Artıq Azərbaycanın rəqəmsallaşma sahəsindəki "ASAN xidmət" modeli ölkəmizdə tətbiq edilir. Həmçinin, rəqəmsal şəxsiyyət vəsiqəsi, dövlət satınalmaları və kibertəhlükəsizlik sahəsində əməkdaşlıqları gücləndirmək üçün birgə parlament qrupu yarada bilərik".
M.Abrudean, həmçinin Azərbaycan və Rumıniya parlamentlərinin nəqliyyat və enerji komitələrinin illik görüşlər keçirməsini də təklif edib.
Eyni zamanda, Rumıniya spikeri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini də vurğulayıb:
"Cənubi Qafqazda sabitlik hər kəsin xeyrinədir".