Rossbax: İcmaların dəstəklənməsi humanitar planlaşdırma mərhələsində başlamalıdır
- 21 may, 2026
- 10:34
Yerli icmaların gücləndirilməsi artıq humanitar planlaşdırma mərhələsində bərpa proqramlarının bir hissəsinə çevrilməlidir.
"Report" xəbər verir ki, bunu UN-Habitat-ın rəhbəri Annaklaudia Rossbax WUF13 çərçivəsində "Yaşayış mənzili böhranın aradan qaldırılması və yenidənqurmanın əsası kimi" mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, hətta məhdud maliyyələşdirmə şəraitində belə beynəlxalq təşkilatlar sosial kapitalın gücləndirilməsi və yerli icmaların dəstəklənməsi mexanizmlərini əvvəlcədən nəzərdə tutmalıdırlar.
"Əgər biz bu istiqamətləri məqsədyönlü şəkildə inkişaf etdirməsək, onlar heç vaxt inkişaf etməyəcək", - Rossbax qeyd edib.
O vurğulayıb ki, mövcud beynəlxalq maliyyələşdirmə sistemi humanitar yardım strukturunun tam yenidən nəzərdən keçirilməsinə ehtiyac olmadan bu cür yanaşmaların qismən tətbiq edilməsinə artıq imkan verir.