Roma Papası Fransisk Azərbaycana səfərə gəlib

Xarici siyasət
  • 02 oktyabr, 2016
  • 05:27
Roma Papası Fransisk Azərbaycana səfərə gəlib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Roma Papası Fransisk oktyabrın 2-də Azərbaycan Respublikasına pastoral səfərə gəlib.

"Report" xəbər verir ki, Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Zati-müqəddəslərinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Roma Papası Fransiski hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.