Roma Papası və İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

Xarici siyasət
  • 03 iyun, 2015
  • 12:31
Roma Papası və İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

Bakı. 3 iyun. REPORT.AZ/ Roma Papası Fransis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibətilə təbrik edib. “Report”un xəbərinə görə, təbrik məktubunda deyilir:

“Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Zati–alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Allahdan bütün insanlara firavan gələcək və mərhəmət diləyirəm.

Sizinlə görüşümüzü məmnunluqla xatırlayır, Azərbaycan xalqına, Zati-alinizə və hökumətinizə əmin-amanlıq arzu edirəm”.

İspaniyanın Kralı VI Felipe də Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik mətnində deyilir:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə İspaniya xalqı və hökuməti ilə birlikdə təbriklərimi çatdırmaq istərdim.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə sülh və rifah arzuladığımı bir daha bildirirəm”.

44 - Tezliklə