Roma Papası Fransisk Azərbaycana səfərindən razı qalıb

Xarici siyasət
  • 02 oktyabr, 2016
  • 22:46
Roma Papası Fransisk Azərbaycana səfərindən razı qalıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Roma Papası Fransisk Zaqafqaziya respublikalarına səfərindən razı qalıb.

"Report" xəbər verir ki, bu barədə o Bakıdan Romaya uçan zaman yolda Vatikandan olan jurnalist qrupuna açıqlamasında bildirib.

"Səfər dolğun və maraqlı oldu", - deyə Papa qeyd edib.

Papa sentyabrın 30-dan oktyabrın 1-dək Gürcüstanda, oktyabrın 2-də isə Azərbaycanda səfərdə olub.

Bu, latın amerikalı pantifikin 16-cı, Zaqafqaziya respublikalarına isə ikinci səfəri olub. O, iyun ayında Ermənistana da səfər edib.