​Roma papası Azərbaycana səfər edəcək

Xarici siyasət
  • 09 fevral, 2016
  • 19:32
​Roma papası Azərbaycana səfər edəcək

Bakı. 9 fevral. REPORT.AZ/ Roma papası Fransiskin bu həftə 12-ci xarici səfəri müzakirə olunduğu bir vaxtda, Vatikan Administrasiyasının məlumatlı dairələrində pontifikin Qafqaza səfər etmək niyyətində olduğu haqqında yenidən danışılmağa başlanıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a istinadən "Novaya qazeta" məlumat yayıb.

İlkin məlumatlara görə, səfər 2016-cı ilin sentyabr ayına planlaşdırılır. Papa Azərbaycanla yanaşı Ermənistan və Gürcüstana da səfər edəcək.