Rinqo Li: Süni intellekt şəhər sistemlərinin idarə edilməsinin mühüm elementinə çevrilir
- 22 may, 2026
- 11:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Süni intellekt şəhər inkişafının yeni mərhələsinin - rəqəmsal sivilizasiyanın əsas alətinə çevrilir.
"Report" xəbər verir ki, bunu "Earthasia INSIGHT"ın analitika və standartlar istiqamətinin rəhbəri, Landşaft Məsləhətçiləri Assosiasiyasının üzvü Rinqo Li (Ringo Lee) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.
O qeyd edib ki, şəhərlər rəqəmsal dövrə qədəm qoyur, burada dünya əhalisinin yarıdan çoxu urbanizasiya olunmuş ərazilərdə yaşayır, şəhərlərin özləri isə dünya ÜDM-nin 18%-dən çoxunu və karbon emissiyalarının əhəmiyyətli hissəsini formalaşdırır.
"Bu şəraitdə süni intellekt mürəkkəb şəhər sistemlərinin təhlili və idarə edilməsi üçün mühüm alətə çevrilir", - Rinqo Li vurğulayıb.
Li şəhərlərin inkişafının məlumatları, xidmətləri və idarəetməni birləşdirən inteqrasiya olunmuş rəqəmsal platformlara keçid tələb etdiyini vurğuladı. Onun sözlərinə görə, belə sistemlər daha çevik və fərdiləşdirilmiş şəhər xidmətlərinin formalaşdırılmasına, həmçinin müxtəlif şəhər xidmətləri və strukturları arasında qarşılıqlı əlaqənin yaxşılaşdırılmasına imkan verir.
"Rəqəmsal texnologiyalar həmçinin sözdə "rəqəmsal savadlılıq uçurumları"nı aradan qaldırmağa kömək edir və şəhərlərin rəqəmsal əkizlərinin yaradılması vasitəsilə fiziki və rəqəmsal mühit arasında qarşılıqlı əlaqəni gücləndirir", - o əlavə edib.