Rene van Veenheyzen: Gənclər şəhər və ərzaq sistemlərinin transformasiyasına təsir edir

Xarici siyasət
  • 19 may, 2026
  • 15:15
Rene van Veenheyzen: Gənclər şəhər və ərzaq sistemlərinin transformasiyasına təsir edir

Gənclərin iştirakı şəhər və ərzaq siyasətlərinə təsir göstərməyə başlayır.

"Report"un məlumatına görə, bu barədə "Hivos" təşkilatını təmsil edən Rene van Veenheyzen (Rene van Veenhuizen) WUF13 çərçivəsində keçirilən "Təhlükəsiz və dayanıqlı şəhərlər üçün gənclər liderliyi" adlı tədbirdə bəyan edib.

Onun sözlərinə görə, Urban Futures proqramı çərçivəsində ayrı-ayrı təşəbbüslərdən sistem dəyişikliklərinə keçidin ilk əlamətləri, o cümlədən gənclərin yerli səviyyədə siyasətə təsiri artıq müşahidə olunur.

Van Veenheyzen qeyd edib ki, proqram çərçivəsində gənclərin iştirakı ilə sayı 20-dən çox olan çoxtərəfli platformalar yaradılır, həmçinin 2000-dən çox iştirakçı cəlb olunub.

"Təkcə iştirakçıların sayı deyil, gənclərin şəhər ərzaq sistemlərinə və siyasi mexanizmlərə necə təsir göstərməsi vacibdir", - o deyib.

Onun sözlərinə görə, müxtəlif şəhərlərdə nəticələr fərqlənir, lakin proqramın müxtəlif komponentləri arasında qarşılıqlı əlaqə mövcuddur ki, bu da təcrübə mübadiləsinə və praktiki təşəbbüslərdən ərzaq sistemlərinin transformasiyasına keçidə imkan verir.

"Afrikada ən böyük nəticələr idarəetmə sahəsində əldə olunub: ərzaq məsələləri üzrə gənclər laboratoriyaları, məktəb klubları, innovasiya habları, mentorluq və təlim proqramları, eləcə də təhlükəsiz məkanlar yaradılır", - o əlavə edib.