Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Xarici siyasət
  • 22 oktyabr, 2026
  • 22:55
Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafında maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev Estoniya parlamentinin deputatı, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mariya Yufereva-Skuratovski ilə görüşün yekunlarına dair "Facebook"da yazıb.

Diplomat parlament diplomatiyasının iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.