Ramil İsgəndərli: Qlobal Cənub əməkdaşlığı üçün maliyyə dəstəyi gələcək inkişaf üçün güclü təməldir
- 14 may, 2026
- 11:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Qlobal Cənub əməkdaşlığı üçün maliyyə dəstəyi mühüm siqnal və gələcək inkişaf üçün güclü təməl hesab olunur.
"Report" xəbər verir ki, bunu Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İsgəndərli Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.
O qeyd edib ki, bu çərçivədə daha praktik icra mexanizmləri, layihələr, proqramlar və dayanıqlı tərəfdaşlıqlar lazımdır:
"Əslində, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yerli QHT-lərin beynəlxalq əməkdaşlığını və xarici tərəfdaşlarla əlaqələrini gücləndirmək sahəsində təcrübəsi mövcuddur. Qlobal Cənub əməkdaşlığı üçün maliyyə dəstəyi mühüm siqnal və gələcək inkişaf üçün güclü təməl hesab olunur".
R.İsgəndərli bu gün müvəqqəti Baş katib kimi missiyasını başa vurduğunu bəyan edib:
"2025-ci ildə qəbul edilmiş "Bakı prinsipləri"ndən irəli gələrək, müvəqqəti Baş katib postunda missiyamı tamamlayıram. GSNP üzvlərinə göstərdikləri yüksək etimada görə minnətdarlıq edirəm. Məsləhətçi, tərəfdaş və digər fəaliyyətlər vasitəsilə şəbəkəni dəstəkləməyə davam edəcəyəm".