DSMF: Sentyabrda sosial müavinət və təqaüd alanların sayı 885 min nəfəri ötüb

Maliyyə
  • 26 oktyabr, 2026
  • 10:10
DSMF: Sentyabrda sosial müavinət və təqaüd alanların sayı 885 min nəfəri ötüb

Bu ilin sentyabr ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 885 951 nəfər olub.

"Report" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onların 478 354 nəfərini aylıq sosial müavinət, 407 597 nəfərini isə təqaüd alanlar təşkil edib.