Qəbələdə irqçilik və diskriminasiya ilə mübarizə üzrə forum keçiriləcək

Xarici siyasət
  • 29 sentyabr, 2014
  • 12:28
Qəbələdə irqçilik və diskriminasiya ilə mübarizə üzrə forum keçiriləcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Oktyabr ayının 2-dən 5-dək Qəbələdə Avropa Şurasının "No hate speech Movement" ("Nifrətin qızışdırılmasına - YOX") kampaniyası çərçivəsində gənclər forumu keçiriləcək. "Report" Avropa Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, forum zaman "No hate speech Movement" kampaniyasına yekun vurulacaq, onlayn mühitdə irqçilik və diskriminasiya ilə mübarizənin fəallaşdırılması  məsələləri müzakirə olunacaq. 

Qeyd edək ki, forum Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir.