Qırğızıstan Mərkəzi Asiya və Azərbaycan üçün ədəbi mükafat təsis etməyi təklif edib

Xarici siyasət
  • 13 noyabr, 2025
  • 16:58
Qırğızıstan Mərkəzi Asiya və Azərbaycan üçün ədəbi mükafat təsis etməyi təklif edib

Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün yeni ədəbi mükafatın yaradılması təşəbbüsü ilə çıxış edib.

"Report"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu təkliflə Qırğızıstanın Yazıçılar İttifaqının sədri Kanibek İmanaliyev "Mərkəzi Asiyada mənəvi irs və maarifçilik" beynəlxalq konqresinin plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, mükafat fondunun formalaşdırılması üçün hər bir ölkənin yazıçılar birlikləri 10 min dollar ayıra bilər: "Nəticədə ümumi mükafat fondu 60 min dollar təşkil edəcək".

K.İmanaliyev qeyd edib ki, ilin ən yaxşı əsərlərini müəyyən edəcək müstəqil ekspert komissiyası yaratmaq mümkündür: "Əgər öz mükafatımızı yarada biliriksə, Ədəbiyyat üzrə Nobel mükafatını gözləməyimizə ehtiyac yoxdur".

Son xəbərlər

Bütün Xəbər Lenti