Qazaxıstan XİN: Xəzəryanı dövlətlərin sammiti avqustun ilk yarısında Aktauda keçiriləcək

Xarici siyasət
  • 11 iyul, 2018
  • 11:38
Qazaxıstan XİN: Xəzəryanı dövlətlərin sammiti avqustun ilk yarısında Aktauda keçiriləcək

Bakı. 11 iyul. REPORT.AZ/ "Xəzəryanı ölkələrin zirvə görüşü bu ilin avqust ayının ilk yarısında Aktauda keçiriləcək".

 "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Qayrat Əbdrəhmanov deyib.

Sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir.