Deputat: Ermənistan islamofob ölkə reputasiyası qazanır

Xarici siyasət
  • 27 may, 2025
  • 13:42
Deputat: Ermənistan islamofob ölkə reputasiyası qazanır

Ermənistan sistemli islamofobiyanın getdikcə daha geniş yayıldığı dövlət reputasiyası qazanır.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Qaya Məmmədov Bakıda keçirilən “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransda panel müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, son üç onillikdə müsəlmanlara qarşı ksenofobiyanın artması müşahidə olunur, "islamofobiya" termini rəsmi tərifini nisbətən yaxın zamanlarda alsa da, bundan çox əvvəl mövcud olub.

"İndiki Ermənistan ərazisində doğulmuş etnik azərbaycanlı kimi, tam əminliklə deyə bilərəm ki, bu ölkə haqlı olaraq sistemli islamofobiyanın kök saldığı və ən müxtəlif formalarda təzahür etdiyi çox parlaq nümunələrdən biri hesab olunur. Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların taleyi misli görünməmiş tarixi ədalətsizlikdir. Bəli, dünya tarixində etnik təmizləmə və deportasiya halları olub. Lakin Ermənistan demək olar ki, digər xalqların zorla qovulması hesabına praktiki olaraq monoetnik ərazi yaratmağa nail olmuş yeganə dövlətdir. Yüz il əvvəl azərbaycanlılar bu torpaqlarda etnik çoxluq təşkil edirdilər. Lakin onların hamısı deportasiya edilib", - Q.Məmmədov bildirib.

Onun sözlərinə görə, Ermənistanda 300-dən çox məscid dağıdılıb və bu gün ölkənin paytaxtı İrəvanda yalnız bir məscid qalıb.

44 filmi