Qarabağ müharibəsinin həqiqətlərini əks etdirən foto Fransada sərgidə nümayiş olunur

Xarici siyasət
  • 12 avqust, 2022
  • 09:08
Qarabağ müharibəsinin həqiqətlərini əks etdirən foto Fransada sərgidə nümayiş olunur

Birinci Qarabağ müharibəsinin acı həqiqətlərini özündə əks etdirən foto Fransanın Lozert şəhərində keçirilən sərgidə nümayiş olunur.

“Report”un Fransa bürosu xəbər verir ki, Fransanın cənubunda yerləşən orta əsrlər şəhəri Lozertin tarixi küçələrində açıq havada baş tutan tədbirdə dünyaşöhrətli azərbaycanlı fotoqraf Reza Deqatinin “İnsan təbiəti” adlı fotosərgisi keçirilir.

Lozert meriyasının təşkil etdiyi sərgidə tanınmış fotojurnalistin “Qayğısızlıq və ümidsizlik” fotosu Birinci Qarabağ müharibəsinin acı həqiqətlərini özündə əks etdirir.

Foto 1997-ci ildə çəkilib.

Belə ki, Mahmud ailəsi ilə birlikdə müharibə nəticəsində evini tərk etməli olub.

“Bir gün düşmən əsgərlər tərəfindən mənim evim dağıdıldı. Biz qaçmalı olduq”, - fotonun altında onun dilindən belə bir mətn verilib.

Mahmud və ailəsi Bakının neft buruqları yerləşən çöllərində balaca bir evdə sığınacaq tapıb. Köçkünlüyün acılarını yaşayan bu ailədə daha iki oğlan uşağı böyüyür. Ceyhun və Təbrizin qayğısız gülüşü acı talelələrinəı baxmayaraq, bu ailədən əksik olmur.

Sərgidə R.Diqqətinin həmçinin Əfqanıstan, Türkmənistan və digər ölkələrdə çəkdiyi insan təbiətinə həsr olunmuş 34 fotosu yer alıb.

Tədbir sentyabrın 30-dək davam edəcək.

44 - Tezliklə