Prezidentin köməkçisi: “Davos Forumunda İlham Əliyevin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb”

Xarici siyasət
  • 23 yanvar, 2018
  • 10:33
Prezidentin köməkçisi: “Davos Forumunda İlham Əliyevin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb”
Report

Bakı. 23 yanvar. REPORT.AZ/ “Davos İqtisadi Forumu dünəndən işə başladı. Forumda 70-dən çox dövlət və hökumət başçısının iştirakı gözlənilir. Yüzdən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlayıb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov sosial şəbəkədəki hesabında yazıb.

O qeyd edib ki, Azərbaycan Prezidentinin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb: “Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaq”.

44 - Tezliklə