Prezident İlham Əliyev Misirin dövlət başçısına təbrik məktubu göndərib

Xarici siyasət
  • 22 iyul, 2017
  • 11:31
Prezident İlham Əliyev Misirin dövlət başçısına təbrik məktubu göndərib

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib. 

“Report” xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına sülh və rifah diləyirəm".