Prezident İlham Əliyev BƏƏ-nin dövlət başçısına başsağlığı verib

Xarici siyasət
  • 29 yanvar, 2018
  • 10:53
Prezident İlham Əliyev BƏƏ-nin dövlət başçısına başsağlığı verib

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyana başsağlığı məktubu göndərib. 

"Report"un məlumatına görə, mətndə deyilir: 

"Əlahəzrət,

Ananız Şeyxa Hassa bint Məhəmməd Al Nəhyanın vəfatı xəbərindən olduqca kədərləndim.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"