Prezident Azərbaycanın Cəmmu və Kəşmir məsələsində hər zaman Pakistanı dəstəklədiyini bildirib

Xarici siyasət
  • 01 noyabr, 2023
  • 08:01
Prezident Azərbaycanın Cəmmu və Kəşmir məsələsində hər zaman Pakistanı dəstəklədiyini bildirib
İlham Əliyev

Prezident İlham Əliyev Azərbaycanın qardaş Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini bir daha qeyd edib.

"Report" xəbər verir ki, dövlət başçısı bu barədə noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edərkən deyib.

Prezident İlham Əliyev Asim Munirin səfərinin əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

44 filmi