Pavel Radomski Bakıda WUF13-ün təşkilini yüksək qiymətləndirib

Xarici siyasət
  • 17 may, 2026
  • 13:29
Pavel Radomski Bakıda WUF13-ün təşkilini yüksək qiymətləndirib

Polşa Azərbaycan hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkilinə və forum iştirakçılarının səmimi qarşılanmasına görə minnətdarlığını bildirib.

"Report" xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Pavel Radomski WUF13 çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bəyan edib.

"Polşa bu mühüm konfransın təşkilinə hiss etdiyimiz səmimi qəbula görə Azərbaycan hökumətinə minnətdardır. Biz həmçinin UN-HABITAT-a təşəkkürümüzü bildiririk", - o deyib.

Səfir qeyd edib ki, şəhər ərazilərinin dayanıqlı inkişafı və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi məsələləri şəhər əhalisinin artması və sosial-iqtisadi çağırışlar fonunda getdikcə daha böyük əhəmiyyət kəsb edir.

"Yeni şəhər gündəliyi bu baxımdan əla istiqamətverici rolunu oynayır və Polşa onun icmalı çərçivəsində siyasi bəyannamənin həmkoordinatoru kimi çıxış etmək şərəfinə nail olub", - o vurğulayıb.