Sudanda hərbi təyyarə yaşayış evinə çırpılıb, 5 uşaq həlak olub
- 15 oktyabr, 2026
- 18:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Sudanın Şimali Kordofan ştatının Əbu-Zəymə kəndində "An-24" tipli hərbi təyyarə yaşayış evinə çırpılıb, nəticədə bir ailədən 5 uşaq həlak olub, anaları isə yaralanıb.
"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə "Emergency Lawyers" hüquq müdafiə təşkilatından bildiriblər.
Təşkilatın məlumatına görə, hadisə hərbi birləşmələrin nəzarətində olan ərazidə baş verib. Hüquq müdafiəçiləri zərbəyə görə məsuliyyətin Sudan ordusunun üzərinə düşdüyünü bildiriblər. Hərbçilər hələlik bu bəyanatı şərh etməyiblər.
Hadisə Sudanın şərq və qərb hissələrini birləşdirən strateji əhəmiyyətli regionda döyüş əməliyyatlarının güclənməsi fonunda baş verib. Ölkə ordusu və hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələri artıq 3 ildən çoxdur ki, ərazilərə nəzarət uğrunda mübarizə aparırlar. Münaqişə nəticəsində 10 minlərlə insan həlak olub, milyonlarla sakin evlərini tərk edib.