Pineviç: Əli Əsədovun Belarusa səfəri 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır

Xarici siyasət
  • 12 sentyabr, 2026
  • 14:26
Pineviç: Əli Əsədovun Belarusa səfəri 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır

Azərbaycan Baş naziri Əli Əsədovun Belarusa səfəri 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır.

Bu barədə "Report"a Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.

O, xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsini ziyarət edir.

Onun sözlərinə görə, bu səfər iki ölkənin hökumətləri arasında əldə edilmiş razılaşmalar və Belarus ilə Azərbaycan liderlərinin tapşırıqları çərçivəsində planlaşdırılmış tədbirlərdən biridir.

"Bu ilin sonu, gələn ilin əvvəlində Azərbaycan baş nazirinin Belarusa səfəri planlaşdırılır", - diplomat qeyd edib.