"PAŞA Bank" səhmdarlarına daha 53,5 milyon manat dividend ödəyəcək
- 14 oktyabr, 2026
- 16:09
Yeniliklərdən dərhal xəbərdar olun!
"PAŞA Bank" ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına daha 53,5 milyon manat dividend ödəyəcək.
"Report" bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, dividendi oktyabrın 30-da Milli Depozit Mərkəzi (MDM) hər bir səhmdarın müvafiq bank hesabına köçürəcək. Bundan əvvəlki ödəniş isə 53,5 milyon manat olmaqla iyulun 9-10-da başa tutub. Beləliklə, səhmdarlara ümumi dividend ödənişi "PAŞA Bank"da payı olan şəxslərin bu il iyunun 18-də keçirilmiş Ümumi Yığıncağında qəbul olunmuş qərara uyğun olaraq 107 milyon manata yüksələcək. Bu, Bankın ötənilki xalis mənfəətinin 57,7 %-i deməkdir və IPO zamanı elan olunan minimum 30-40 %-lik həddi üstələyir.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 53,97 %-i daxil olduğu "PAŞA Maliyyə Holdinqi" MMC-yə, 26,77 %-i "Bless" MMC-yə, 9,5 % Arif Paşayevə, 5 %-i 18 minə yaxın fiziki şəxsə, 4,76 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.