Peter Siyarto: "Macarıstan TDT ölkələri ilə enerji əməkdaşlığını gücləndirməkdə davam edəcək"

Xarici siyasət
  • 07 oktyabr, 2025
  • 13:55
Peter Siyarto: Macarıstan TDT ölkələri ilə enerji əməkdaşlığını gücləndirməkdə davam edəcək
Peter Siyarto

Macarıstan Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri ilə enerji sahəsində əməkdaşlığını gücləndirməkdə davam edəcək.

"Report"un məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkə hesabında bildirib.

O vurğulayıb ki, enerji təhlükəsizliyini təmin etmək üçün Budapeşt daim yeni enerji mənbələri axtarır.

"Bu strategiyada türk dünyası əsas müttəfiqlərimizdən biridir. Biz Türkiyənin qonşusu olmayan, lakin oradan qaz ixrac edən ilk ölkə olduq. Macarıstanlı energetiklər Azərbaycanda ən mühüm təbii qaz və neft yataqlarında paylar alıblar. Bu il Qazaxıstandan 600 min ton neft idxal etməyi (ümumi neft idxalının 8 %-i - red.) planlaşdırırıq. Özbəkistanda atom elektrik stansiyasının tikilməsində Macarıstan texnologiyaları istifadə olunacaq", - P.Siyarto qeyd edib.

O əlavə edib ki, Macarıstanın enerji təchizatının şaxələndirilməsi Brüsselin səhv qərarları və Avropadakı enerji böhranı ilə əlaqədardır. P.Siyartonun fikrincə, Brüssel siyasi maraqlardan çıxış edərək enerji təchizatı mənbələrini və marşrutlarını azaldıb.

Son xəbərlər

Bütün Xəbər Lenti