Paşinyan: Ter-Petrosyan, Köçəryan və Sarqsyan Qarabağ həqiqətlərini xalqdan gizlədiblər

Xarici siyasət
  • 19 mart, 2026
  • 14:59
Paşinyan: Ter-Petrosyan, Köçəryan və Sarqsyan Qarabağ həqiqətlərini xalqdan gizlədiblər

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarqsyanı Qarabağ nizamlanması üzrə həqiqətləri erməni xalqından gizlətməkdə ittiham edib.

"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, bu barədə brifinq zamanı jurnalistlərə bildirib.

N.Paşinyan qeyd edib ki, Ermənistanın bütün keçmiş liderləri Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırdı, lakin bunu vətəndaşlardan gizlədirdilər. O həmçinin vurğulayıb ki, 1996-cı il Lissabon sammiti barədə həqiqət gizlədilmişdi, lakin indi sənədlər tam olaraq dərc edilib və xalq faktları görür.

"Niyə həqiqəti gizlədirdilər? 1996-cı il Lissabon sammiti barədə həqiqət gizlədilmişdi, indi isə sənədlər tam olaraq dərc edilib. Niyə bu sənədlərin ətrafında heç bir səs-küy yoxdur? Çünki artıq hər şey dərc edilib və bütün həqiqət xalqa göstərilib", - Baş nazir deyib.