Pakistanlı nümayəndə: Dinc əhaliyə qarşı zorakılıq edən ölkələrə təzyiq göstərilməlidir

Xarici siyasət
  • 10 oktyabr, 2025
  • 13:53
Pakistanlı nümayəndə: Dinc əhaliyə qarşı zorakılıq edən ölkələrə təzyiq göstərilməlidir

Dinc əhaliyə qarşı zorakılıq edən ölkələrə beynəlxalq səviyyədə təzyiq göstərilməlidir.

"Report"un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Pakistan Ali Məhkəməsinin vəkili Məhəmməd Sohail Səcid jurnalistlərə açıqlamasında deyib.

O, dinc əhaliyə qarşı zorakılıq hallarının qəbuldedilməz olduğunu vurğulayıb:

"Mən artıq ikinci dəfədir ki, bu ərazilərə gəlir, buradakı kütləvi məzarlıqlara baş çəkirəm. Doğrudan da baş verənlər çox dəhşətli və ağrılı hadisələrdir, sözün əsl mənasında vəhşilikdir. Günahsız insanların öldürülməsi qəbuledilməzdir. Bunu törədən ölkələr beynəlxalq təzyiqlərə məruz qalmalı və qeyri-insani fəaliyyətlərə son qoymalıdırlar".

Xatırladaq ki, Bakıda təşkil olunan itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Ağdərə rayonuna səfər ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti