Özbəkistanın ədliyyə naziri: “ASAN xidmət” ilə fəal əməkdaşlıq edirik”

Xarici siyasət
  • 15 dekabr, 2022
  • 09:40
Özbəkistanın ədliyyə naziri: “ASAN xidmət” ilə fəal əməkdaşlıq edirik”

“Özbəkistan “ASAN xidmət” ilə fəal əməkdaşlıq edir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən, “ASAN xidmət”in 10 illiyinə həsr olunmuş “Müasir idarəetməyə gedən yol: Dayanıqlı və innovativ Dövlət xidmətlərinə doğru” mövzusunda beynəlxalq forumda Özbəkistanın ədliyyə naziri Akbar Taşkulov deyib.

O bildirib ki, biz sıx əməkdaşlıq edirik, daim fikir mübadiləsi aparırıq: "Özbəkistanda fəaliyyət göstərən dövlət xidmətləri mərkəzləri gündəlik minlərlə insanı qəbul edir. Bu il biz göstərilən dövlət xidmətlərinin sayını artırmağa nail olmuşuq. Onların sayının 400-ə çatdırılması planlaşdırılır".