Özbəkistan Türk Dövlətləri Parlament Assambleyasına üzvlüyə hazırlaşır

Xarici siyasət
  • 30 oktyabr, 2025
  • 18:22
Özbəkistan Türk Dövlətləri Parlament Assambleyasına üzvlüyə hazırlaşır

Özbəkistan Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzvlüyə hazırlaşır.

Bunu "Report"a müsahibəsində TÜRKPA-nın baş katibi Ramil Həsən deyib.

O qeyd edib ki, İsveçrə konfederasiyasındakı Beynəlxalq Parlamentlərarası İttifaqın 151-ci plenar sessiyası çərçivəsində Özbəkistan Parlamentinin Senatının sədri Tənzilə Narbayeva ilə bu məsələni müzakirə edib:

"Müzakirə zamanı onlar bu prosesə (üzvlüyə - müəl.) hazırlaşdıqlarını, dəstək verdiklərini vurğuladılar və bizi Özbəkistana həmin məsələnin müzakirəsi üçün dəvət etdilər. Ona görə də yəqin ki, dekabr ayında Özbəkistana gedəcəyik. Əsas hədəfimiz növbəti plenar sessiyaya Özbəkistanın artıq rəsmi üzvlüklə bağlı həm müraciətini, həm də qəbul prosesini həyata keçirməkdir".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti