EHF Avropa Kuboku: "Kür" komandası Mingəçevirdə Bosniya və Herseqovina klubu ilə qarşılaşacaq

Komanda
  • 23 oktyabr, 2026
  • 09:01
EHF Avropa Kuboku: Kür komandası Mingəçevirdə Bosniya və Herseqovina klubu ilə qarşılaşacaq

Kişilərdən ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda bu gün mübarizəyə başlayır.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsində Bosniya və Herseqovinanın "MRK Sloga Doboj" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, saat 17:00-da start götürəcək.

Tərəflər arasında cavab oyunu oktyabrın 24-də eyni məkanda baş tutacaq.

44 filmi