Oleksiy Kuleba: Altı milyon ukraynalı öz evindən didərgin düşüb

Xarici siyasət
  • 18 may, 2026
  • 17:15
Oleksiy Kuleba: Altı milyon ukraynalı öz evindən didərgin düşüb

Müharibə Ukraynada unikal bir vəziyyət yaradıb və bir çox sistemi dağıdıb.

"Report" xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba Bakıda keçirilən WUF13 çərçivəsində baş tutan Liderlər Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu vəziyyətdə Ukrayna üçün bərpa prosesi əhəmiyyətli yerə malikdir.

"Dünyada bərpa müharibədən sonra başlayır, Ukrayna isə müharibə davam edə-edə bunu edir. Bərpa insanlardan başlayır".

Kuleba deyib ki, bütün dünyada yaşayış məskəni böhranı var, Ukrayna üçün isə müharibə səbəbindən bu daha böyükdür.

"Təqribən 40 faiz yaşayış fondu dağıdılıb. 6 milyon ukraynalı isə öz evindən didərgin düşüb. 41 minə yaxın çoxmərtəbəli bina dağıdılıb".

O. Kuleba hazırda Ukraynanın dünya üçün yeni qlobal yol göstərdiyini də deyib.

"Bir sözlə, biz şəhər müharibəyə və humanitar böhrana qarşı necə yaşaya bilər adı altında yeni model yaradırıq".